AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlar üçün keçirilən "Açıq mikrofon" aksiyasından Qax rayonunun sakinləri də yararlandı

  • + A
  • - A
  • 23-05-2023, 19:06

    Sahibkarlar üçün keçirilən "Açıq mikrofon" aksiyasından Qax rayonunun sakinləri də yararlandı

    "SOCAR "Azəriqaz" İB-nin sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həll edilməsi istiqamətində həyata keçirdiyi aksiya bu dəfə Qax rayonunda baş tutub. Tədbiri açıq elan edən Zaqatala RQİİ-nin rəisi aksiyanın məqsəd və məramını izah edib. KOBİA nümayəndəsi də öz növbəsində sahibkarlarla dövlət arasında körpü rolunu oynamağa çalışdıqlarını bildirib. Mikrofon önünə keçən sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini istəyiblər. Aksiyadan yararlanan sakinlər isə rayonun Əmircan kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə səsləndirilən müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydə alınıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR