AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada müharibə iştirakçısının evi başına uçur

  • + A
  • - A
  • 24-05-2023, 11:01

    Zaqatalada müharibə iştirakçısının evi başına uçur

    Zaqatalada müharibə iştirakçısının evi başına uçur, əlaqədar qurumlar görməzdən gəlir. Vətən Müharibəsi iştirakçısı Əliyev Fərid Fəxrəddin oğlu Azadmedia.az-a müraciət edərək vasitəmizlə əlaqədar orqanlardan kömək istəyir.
    Gördüyünüz ev demək olarsa, bu tikili Vətən Müharibəsi iştirakçısı Əliyev Fərid Fəxrəddin oğlunun valideynləri ilə yaşadığı evdi. Fərid cəbhədə mina təmizləyən olub. Sayta video yollayıb. Əlləri ilə qazıb torpağı. Videoda görünür. İllərdi Zaqatala Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, təmirə kömək edən yoxdu. Fəridə deyirlər şəhid olsaydın, qolunun, qıçının, gözünün birini itirsəydin kömək edərdik. Adamı salamat qayıtmağına da peşiman edirlər.
    Ev Zaqatala rayon Bəhmətli kəndində yerləşir.
    Zaqatala Rayon İcra Hakimiyyəti, vuraq gözünün birini çıxaraq, ya ehtiyac yoxdu, sadə bir vətəndaş kimi kömək edə bilərsiz?
    Ərazi zəlzələyə meyillidir. Bir balaca təkan olsa, evləri uçacaq başlarına.
    Fərid Bakıda restoranların birində ofisantdır. Qazandığı ilə kirayə verir, valideynlərinə cüzi kömək edə bilir. Təmir imkanları yoxdur.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəlkə hansısa proqramınızla, layihənizlə kömək edə bilərsiniz?
    Deputatları Elşən Musayevdir. Zaqatalada üzünü görən olmayıb. Elşən müəllim, bəlkə siz kömək edəsiz səsləri lazımi yerə çatsın?






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR