AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropalı diplomatlar Lənkəran Dövlət Universitetində tədbir keçiriblər

  • + A
  • - A
  • 10-06-2023, 23:16

    Avropalı diplomatlar Lənkəran Dövlət Universitetində tədbir keçiriblər

    “Avropa Şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfər edən avropalı diplomatlar Lənkəran Dövlət Universitetində tədbir keçiriblər. Azadmedia.az xəbər verir ki, görüşdə Universitetin rektoru Natiq İbrahimov rəhbərlik etdiyi ali təhsil ocağı barədə geniş məlumat verib. Universitetin xarici əlaqələri barədə danışan rektor deyib ki, LDU Aİ tərəfindən maliyyyələşdirilən bir neçə proqramda iştirak edir.
    Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkəran Dövlət Universitetinin müəllimlərinin, tələbələrinin Avropa universitetlərində təhsil aldığını, mübadilə proqramlarında iştirak etdiklərini vurğulayıb. Əlavə olaraq qeyd edək ki, elə həmin gün gənc Avropalı səfirlər LDU-da tələbələrin Avropa universitetlərində təqaüd proqramlarında iştirakla bağlı təqdimatlar keçirib, təcrübələrini bölüşüblər.

    [/center]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR