AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqəmsal bacarıqlarının inkişafı ilə bağlı yeni imkanlar yaradılır

  • + A
  • - A
  • 7-08-2023, 10:49

    Rəqəmsal bacarıqlarının inkişafı ilə bağlı yeni imkanlar yaradılır

    Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 01 avqust 2023-cü il tarixindən etibarən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb.

    Mərkəzin İdarə heyətinin sədri Mehman Xəliliov bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihə Gəncə şəhəri, həmçinin Samux və Kəlbəcər royonlarında yaşayan qadınların, xüsusilə sosial cəhətdən həssas təbəqələrdən olan qadınların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsilə onlar üçün yeni məşğulluq və karyera imkanlarının yaradılmasını, həmçinin hədəf ərazilərin yuxarı sinif şagirdlərinə (9-11sinif) proqramlaşdırma üzrə təlimlərin keçirilməsilə onların İnformasiya Texnologiyaları sahəsinə maraqlarının artırılmasını və gələcək peşə və ixtisas seçimində İnformasiya Texnologiyaları sahəsinə üstünlük vermələrinin təşviq edilməsini nəzərdə tutur”.

    Mehman Xəliliov həmçinin bildirib ki, 32 nəfər Gəncə şəhəri, həmçinin Samux və Kəlbəcər royonlarında yaşayan qadınların, xüsusilə sosial cəhətdən həssas təbəqələrdən olan qadınların regionun əmək bazarında daha çox ehtiyac olan “Sosial media marketinq” meneceri, “Kompüter operatoru” və “1C:Ticarətin idarə olunması” sahəsində rəqəmsal bacarıqları artırılacaqdır: “Hədəf regionda yaşayan 16 nəfər yuxarı sinif şagirdlərinin Python proqramlaşdırma dili, həmçinin HTML Hipermətn işarələmə dili üzrə ilkin səviyyədə bilik və bacarıqları artırılacaqdır. Media və sosial media vasitəsilə İnformasiya Texnologiyalarının qadınların iqtisadi yüksəlişi, fərdi inkişafı və məşğulluq imkanlarının artırılması istiqamətində unikal imkanlar yaratdığı, həmçinin hədəf uşaqların gələcək inkişafında İnformasiya Texnologiyalarının müsbət rolu təşviq ediləcəkdir”.

    Qeyd edək ki, layihə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və Azərbaycan Respublikasının qoşulduğu “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri”nə uyğundur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR