AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaşlarla növbəti görüş Hacıqabul rayonunun Pirsaat qəsəbəsində baş tutdu

  • + A
  • - A
  • 5-09-2023, 21:05

    Vətəndaşlarla növbəti görüş Hacıqabul rayonunun Pirsaat qəsəbəsində baş tutdu

    SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Səyyar qəbul otağı" Hacıqabul rayonunun Pirsaat qəsəbəsində qurulub. Görüş zamanı əsasən istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə imkan yaradılması və fərdi yaşayış evinə təbii qazın verilişinin təmin olunması, fərdi qazlaşma, habelə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən aksiyaya üz tutan hər bir sakinin qaz təchizatı ilə bağlı problemi dinlənilib, daxil olan müraciətlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR