AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmaz şəhərində layihənin yekununa dair Dəyirmi Masa keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 6-09-2023, 14:18

    Xaçmaz şəhərində layihənin yekununa dair Dəyirmi Masa keçirilib - FOTOLAR


    Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi sentyabrın 5- də Xaçmaz şəhərində “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək” layihəsi icrasınının yekununa dair Dəyirmi Masa keçirib.

    Birlikdən verilən məlumata görə, tədbirdə 15 nəfər iştirak edib. Layihə rəhbəri Fərrux Əsgərov layihə və onun Donoru barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin təlimçisi Famil Baxışov iştirakçılara layihə fəaliyyəti və məqsədi barədə ətraflı məlumat verib: “Xaçmaz rayonunun Hülövlü, Aşağı Zeyid, Qaraqurdlu, Yergüc və Müşkür kəndlərində müvafiq olaraq fərdi fermerlər özünüməşğulluq sahəsində birgə şəkildə təsərrüfatlarını səmərəli idarə etmələri üçün zəruri məlumatlar alıblar".

    İştirakçılar kənd təsərrüfatı məhsulları barədə çoxsaylı suallarla müraciət ediblər. Təlimçi Famil Baxışov və ekspert Nizami Musayev iştirakçıların suallarını ətraflı cavablandırıblar. Layihənin region üçün aktual olduğunu qeyd ediblər. Dəyirmi Masadan foto və videolar çəkilib. İştirakçılar fərdi sahibkarların təlimlərdə əldə etdikləri bacarıqların onların təsərrüfat fəaliyyətinin inkişaf etdirilməsində böyük əhəmiyyəti olacağını qeyd etməklə yanaşı anoloji təlimlərin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR