AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmazda valideynlər sinif otaqlarının soyuqluğundan şikayətçidir

  • + A
  • - A
  • 5-02-2024, 13:29

    Xaçmazda valideynlər sinif otaqlarının soyuqluğundan şikayətçidir

    Xaçmaz şəhərində 1 nömrəli orta məktəbin istilik sistemindəki problemlə əlaqədar Azadmedia.az-a valideynlər şikayət edib.
    Onlar bildirirlər ki, istilik sistemi köhnə olduğu üçün sinif otaqları qızmır, uşaqlar hərgün qalın üst geyimləri ilə sinif otaqlarında dərs keçməyə məcbur olurlar. Xaçmazın soyuq zona olduğunu nəzərə alsaq, sinif otaqlarının vəziyyətini göz önünə gətirmək çətin deyil. Elə bu səbəbdəndir ki, uşaqların tez-tez xəstələndiyini deyən valideynlər, onlara vəd verilə-verilə illəri yola verdiklərini bildirir, aidiyyəti orqanlardan Xaçmaz şəhər 1 nömrəli orta məktəbin istilik pronleminin aradan qaldırılmasına kömək etmələrini xahiş edirlər.
    Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məsələyə münasibət öyrənib mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR