AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xarabalığı xatırladan Lənkəran küçələri" adlı məqaləyə MÖVQE

  • + A
  • - A
  • 19-04-2024, 13:16

    "Xarabalığı xatırladan Lənkəran küçələri" adlı məqaləyə MÖVQE

    Saytımızda "Xarabalığı xatırladan Lənkəran küçələri" adlı məqalədə qar yağmasından 3 ay keçsə də, fəsadlarının hələ də aradan qaldırılmaması barədə məlumat vermişdik.

    https://azadmedia.az/cemiyyet/95627-xarabal-xatrladan-lnkran-kuclri.html

    Lənkəran Rayon İcra Hakimiyyətindən yazıya münasibət daxil olub. Azadmedia.az Lənkəran RİH-dən gələn mövqe məktubunu təqdim edir:

    "Bildiririk ki, Lənkəran rayonuna yağan güclü qar sözügedən ərazidə elektrik dirəyinin və ağacların aşması suötürücü kanalın, eləcə də piyada səkisinin tamamilə yararsız vəziyyətə düşməsi ilə nəticələnmişdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və aidiyyəti qurumların operativ reaksiyası ilə elektrik dirəyinin yeri dəyişdirilmiş, suötürücü kanal beton plitilər döşənməklə bərpa edilmiş, suyun axını təmin olunmuş və yolda nəqliyyatın, eləcə də vətəndaşların hərəkəti nizama salınmışdır. Eyni zamanda bildiririk ki, hazırda şəhərin bir neçə küçəsində səkilərin təmiri prosesi yekunlaşma mərhələsindədir və plana uyğun olan sözügedən küçədə də işlərə başlanılmışdır.
    Məlumat üçün qeyd edək ki, hava şəraitinə uyğun olaraq rayonda abadlıq-quruculuq işləri davam etdirilir, cari ilin ilk rübündə 10 küçəyə isti asfalt örtüyü döşənib, daha 11 küçənin asfaltlanması nəzərdə tutulur.
    Eyni zamanda bildiririk ki, Lənkəran rayonunun kanalzasiya sisteminin yenidən qurulması iri həcmli maliyyə vəsaiti tələb etdiyindən yerli icra hakimiyyətinin imkanları xaricindədir. Aidiyyəti yuxarı dövlət qurumları qarşısında əsaslandırılmış şəkildə məsələ qaldırılmış, artıq rayonumuza yeni kanalizasiya sisteminin çəkilməsi Dövlət İnvestisiya Proqramına daxil edilmiş və büdcədən vəsait ayrılacağı təqdirdə işlərə başlanılacaqdır".



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR