AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BSU-da "Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı" mövzusunda elmi seminar keçirilib

  • + A
  • - A
  • 3-07-2024, 18:51

    BSU-da "Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı" mövzusunda elmi seminar keçirilib


    İyulun 3-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı” mövzusunda elmi seminar keçirilib. Seminarda AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji Planlaşdırma Şöbəsinin müdiri Aqil Əsədov, ətraf mühit üzrə ekspert Tural Məhərrəmli və BSU-nun rəhbər və professor-müəllim heyəti iştirak edib.

    Elmi seminarın moderatoru, Bakı Slavyan Universitetinin Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhməd tədbiri giriş sözü ilə açaraq Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının əhəmiyyətindən bəhs etdib. O, Prezident İlham Əliyevin 3 may 2021-ci il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində tədbirlərə başlandığını vurğulayıb və bu tədbirlər çərçivəsində enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı və enerji səmərəliliyinin təmin edilməsi üçün konkret layihələrin həyata keçirildiyini qeyd edib.

    Sonra AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov çıxışında yaşıl enerji ilə bağlı vacib məsələlərdən birinin karbon emissiyasının azaldılması olduğunu və enerji istehsal edən müəssisələrin karbon sertifikatı almasının beynəlxalq tələblərdən irəli gəldiyini bildirib. Çıxışına davam edən A.Əsədov Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, alternativ enerji mənbələrinin işğaldan azad olunmuş ərazilərdə xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

    Ətraf mühit üzrə ekspert Tural Məhərrəmli iqlim dəyişikliyinə qarşı mübarizə və ətraf mühiti qorumaq məqsədilə yaşıl enerjinin əhəmiyyətini vurğulayaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan azad edilməsindən sonra yaşıl enerji zonasına çevrilməsinin həmin bölgənin dünya üçün nümunə olacağını qeyd edib və “Azərbaycan 2030: Sosial–İqtisadi İnkişafa dair Milli Prioritetlər” çərçivəsində 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəfləndiyini bildirib.

    Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR