Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki bütün imtiyazlarını itirmək riski ilə üzləşə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa İttifaqı Ermənistanı öz təsir dairəsinə çəkməyə çalışır və bu proses nəticəsində İrəvan Avrasiya İqtisadi İttifaqı çərçivəsində malik olduğu imtiyazları itirmək riski ilə üzləşə bilər.
Sergey Lavrov jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər mövcuddur və bu əlaqələr müttəfiqlik xarakteri daşıyır. Bununla yanaşı, o, münasibətlərin müəyyən mənada mürəkkəb olduğunu da vurğulayıb.
Lavrovun sözlərinə görə, Qərb Ermənistanı, MDB məkanındakı bəzi digər ölkələr kimi, öz təsiri altına almağa çalışır. O bildirib ki, bu siyasətin məqsədi Ermənistanın MDB və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya əlaqələrini zəiflətməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.