AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yuri Qusev: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur

  • + A
  • - A
  • Bu gün, 16:11

    Yuri Qusev: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur


    Ukrayna və Azərbaycan ənənəvi ticari-iqtisadi qarşılıqlı fəaliyyətdən qat-qat daha geniş potensiala malikdir və gələcəkdə hər iki dövlətin rəqabətədavamlılığını və təhlükəsizliyini müəyyən edəcək sahələri əhatə edir.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin "Ukrayna və Azərbaycan: strateji tərəfdaşlıq, iqtisadi qarşılıqlı fəaliyyət və beynəlxalq təhlükəsizliyə görə ümumi məsuliyyət" adlı məqaləsində bildirilib.

    Onun sözlərinə görə, iqtisadi ölçü iki ölkənin strateji münasibətlərinə əlavə dayanıqlıq qazandırır, biznes üçün yeni imkanlar açır və uzunmüddətli birgə layihələr üçün əsas yaradır.

    Y.Qusev qeyd edib ki, bu istiqamətdə növbəti addım 4–5 noyabr tarixlərində Ukraynanın Ujqorod şəhərində Ukrayna və Azərbaycan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının keçirilməsi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR