Tayvan ABŞ-dan 14 milyard dollar dəyərində silah satışının dayandırılması ilə bağlı rəsmi məlumat almadığını açıqlayıb.

Tayvan ABŞ-dan 14 milyard dollar dəyərində silah satışının dayandırılması ilə bağlı rəsmi məlumat almadığını açıqlayıb.
“Associated Press”in məlumatına görə, bu bəyanat ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri Hun Tsao-nun Senatda çıxışından sonra verilib. O bildirib ki, ABŞ ordusunun kifayət qədər sursat ehtiyatına malik olması üçün bəzi xarici silah satışları təxirə salına bilər.
Bu açıqlamalar ABŞ prezidenti Donald Trumpın Tayvana silah satışlarının davam etdirilməsi ilə bağlı şübhələrini ifadə etməsindən bir neçə gün sonraya təsadüf edir.
Tayvan liderinin mətbuat katibi Karen Kuo bildirib ki, rəsmi Taipei mediada yayılan xəbərlərlə tanışdır, lakin ABŞ tərəfindən silah satışında dəyişikliklə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, ötən ilin dekabrında Tramp administrasiyası Tayvana 11 milyard dollar dəyərində silah satışını təsdiqləmişdi. Bununla belə, proses hələ irəliləmir. ABŞ qanunvericiləri yanvar ayında əlavə 14 milyard dollarlıq silah satışını da dəstəkləyiblər. Lakin sövdələşmənin qüvvəyə minməsi üçün ABŞ prezidentinin onu rəsmi şəkildə Konqresə təqdim etməsi tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.