AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail prezidenti Trampın hərbi yardımı dayandırmaq qərarına münasibət bildirib

  • + A
  • - A
  • Dünən, 22:00

    İsrail prezidenti Trampın hərbi yardımı dayandırmaq qərarına münasibət bildirib


    “Başına göydəndüşmə xəbər kimi gəldi”: İsrail prezidenti Trampın hərbi yardımı dayandırmaq qərarına münasibət bildirib
    İsrail prezidenti İsxak Hersoq ABŞ prezidenti Donald Trampın ilin sonuna qədər ölkəsinə hərbi yardımın dayandırılması ilə bağlı açıqlamasından xəbərsiz olduğunu bildirib.

    “The Times of Israel” nəşrinin məlumatına görə, Hersoq bu bəyanatın onun üçün tamamilə gözlənilməz olduğunu etiraf edib.

    “Amerikanın yardımı məsələsi məni son dərəcə narahat edir. Həddindən artıq narahat edir”, – deyə İsrail prezidenti Qüdsdəki iqamətgahında “Yaşar” partiyasının nümayəndələri ilə görüşü zamanı bildirib.

    Hersoqun sözlərinə görə, Trampın açıqlaması onu qəfil yaxalayıb. Çünki ABŞ və İsrail arasında qüvvədə olan hərbi yardım sazişi 2028-ci ilədək nəzərdə tutulub.

    İsrail prezidenti Vaşinqtonla sıx münasibətlərin qorunmasının ölkəsi üçün əsas prioritetlərdən biri olaraq qaldığını vurğulayıb.

    Onun fikrincə, bu münasibətlərin davamlılığını təmin etmək üçün hökumət formalaşdırılmalı və növbədənkənar seçkilərə yol verilməməlidir.

    ABŞ rəsmiləri də Trampın açıqlamasının onlar üçün gözlənilməz olduğunu bildiriblər.

    Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl ABŞ-ın hərbi yardımından qarşıdakı 10 il ərzində mərhələli şəkildə imtina etmək niyyətində olduqlarını açıqlamışdı.

    Lakin Trampın səsləndirdiyi konkret müddətin İsrail rəhbərliyinin bütün nümayəndələri ilə əvvəlcədən razılaşdırılmadığı ehtimal olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR