AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada bomba təhdidinə görə hərbi aviabazaya enməkdən imtina edən pilotla bağlı araşdırma başlanıb

  • + A
  • - A
  • Dünən, 20:00

    Fransada bomba təhdidinə görə hərbi aviabazaya enməkdən imtina edən pilotla bağlı araşdırma başlanıb


    Fransada bomba təhdidi səbəbindən marşrutunu dəyişən sərnişin təyyarəsinin pilotu barəsində araşdırma başladılıb. Pilotun hərbi aviabazaya enmək barədə göstərişi yerinə yetirmədiyi və mülki hava limanına enməyə üstünlük verdiyi bildirilir.

    “Le Figaro” nəşrinin məlumatına görə, cümə axşamı Dublin-Roma marşrutu ilə uçan “Aer Lingus” aviaşirkətinə məxsus Airbus A320 təyyarəsi bomba xəbərdarlığı səbəbindən istiqamətini dəyişərək Fransanın Evre şəhərindəki hərbi aviabazaya yönləndirilib.

    Təyyarənin göyərtəsində 157 nəfər olub. Fransanın Evre şəhərinin prokuroru Remi Kutenin sözlərinə görə, pilotun hərbi aerodroma enmək barədə göstərişə tabe olmadığı ehtimal edilir. Hadisə ilə əlaqədar təyyarəni müşayiət etmək üçün havaya iki Fransa qırıcısı qaldırılıb.

    Prokurorluq pilotun saxlanılmadan dindiriləcəyini açıqlayıb. Onun barəsində həbs qərarının verilib-verilməyəcəyi isə sonradan müəyyənləşdiriləcək.

    Təyyarə eniş etdikdən sonra bütün sərnişinlər təxliyə olunaraq jandarmlar tərəfindən yoxlanılıb. Daha sonra onlar avtobuslarla hərbi aviabazanın ərazisində yerləşən idman zalına aparılıblar.

    Prokuror bildirib ki, hərbi aerodroma enmək barədə əmrin yerinə yetirilməməsi nəqliyyat qanunvericiliyinin xüsusi maddəsi ilə qiymətləndirilə bilər.

    Hadisə ilə bağlı araşdırma hava nəqliyyatının təhlükəsizliyi, hərbi aviasiya və jandarm bölmələrinə həvalə edilib.

    Qeyd edək ki, Avropada son günlər təyyarələrin minalanması ilə bağlı yalan məlumatlar hava nəqliyyatında ciddi fasilələrə səbəb olur. Təkcə həmin həftə ərzində bu cür təhdidlərə görə artıq üçüncü dəfə uçuşların istiqaməti dəyişdirilib.

    Cümə axşamı İtaliyadan Bolqarıstana və Çexiyaya uçan təyyarələr də daxil olmaqla, bir neçə reys alternativ hava limanlarına yönləndirilib. Günorta saatlarına olan məlumata görə, ümumilikdə 12 reys bomba təhdidinin hədəfi olub. Bütün təyyarələr sonda təhlükəsiz şəkildə eniş edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR