AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA astronavt qəbuluna başlayır

  • + A
  • - A
  • Bu gün, 10:23

    NASA astronavt qəbuluna başlayır

    Seçilən namizədlərə illik 164 min dollar maaş veriləcək

    ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) astronavt korpusunu genişləndirmək məqsədilə yeni qəbul elan edib.

    Qəbul olunan namizədlər “Artemis” proqramı çərçivəsində Ay səthində fəaliyyət göstərə, gələcək Ay bazasında yaşaya və Marsa planlaşdırılan uçuşların hazırlanmasında iştirak edə biləcəklər.

    NASA rəsmilərinin sözlərinə görə, astronavtların vəzifələri fərdi bacarıqları və agentliyin ehtiyacları əsasında müəyyənləşdiriləcək.

    Rəsmi məlumata əsasən, namizədlərə illik 164 min 395 dollar (təxminən 279 min manat), aylıq isə 13 min 700 dollar maaş ödəniləcək.

    Seçilən şəxslər Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzində ikiillik intensiv hazırlıq proqramına cəlb olunacaqlar. Təlimlərə kosmosda çıxışlar, robototexnika sistemləri və uçuş əməliyyatları daxildir.

    Proqrama yalnız ABŞ vətəndaşları müraciət edə bilərlər. Namizədlər mühəndislik, biologiya, fizika, kompüter elmləri və ya riyaziyyat üzrə magistr dərəcəsinə, eləcə də müvafiq sahədə azı üçillik peşəkar iş təcrübəsinə malik olmalıdırlar.

    Müraciətlərin qəbulu üçün son tarix 3 dekabr 2026-cı ildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR