AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvadakı faciəvi hadisənin görüntüləri yayımlandı - Yenilənib + Video

  • + A
  • - A
  • 19-09-2019, 12:30

    Moskvadakı faciəvi hadisənin görüntüləri yayımlandı - Yenilənib + Video

    Moskvada polis həmkarlarına atəş açıb.

    “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin 2 min rubl məbləğində rüşvət alması olub. Belə ki, qətli törədən polis hadisəni həmkarları rüşvət alan anda törədib. Onlardan digəri isə yaralı halda xəstəxanaya çatdırılıb.

    İnsidentin Moskva metrosunun "Ryazansk prospekti" stansiyası yaxınlığında baş verdiyi deyilir. İddialara görə, rüşvət sənədi olmayan qanunsuz miqrantın sərbəst buraxılması qarşılığında alınıb.

    ***

    Xəstəxanaya çatdırılan yaralı polis də dünyasını dəyişib. Bəzi KİV isə məlumatı təkzib edir və polisin hazırda əməliyyat edildiyini yazır.

    **

    Moskvadakı faciəvi hadisənin görüntüləri yayımlanıb və insident iştirakçılarının kimliyi məlum olub.

    “Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, iki həmkarına atəş açan polis Aleksey Smirnov artıq saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

    Güllələnən podpolkovnik Maksim Veyalko hadisə yerində həyatını itirib. Onun həmkarı Aleksey Limonov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı uğrunda mübarizə aparır.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR