Cənubi Azərbaycan Zəhraya görə ayağa qalxdı: 20 minlik etiraz
Cənubi Azərbaycandakı həmyerlilərimizin iyulun 4-də Ermənistan hərbi birləşmələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra üçün hazırladıqları kampaniyaya maraq getdikcə artır
Artıq "PrayForZahra” adlı imzatoplama kampaniyasına 20 minə yaxın insan qoşulub.
Həmyerlilərimiz Zəhranın qətli və Ermənistanın cinayətləri ilə bağlı məlumatı artıq insan haqları müdafiyə təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına, İran dövləti rəhbərlərinə göndəriblər. (axar.az)