Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğv olunması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda qərarı təsdiqləyib.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qəbul olunan dəyişikliklər ölüm hökmünün Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.
Qanuna dəyişiklik Qazaxıstanın 2021-ci ilin yanvarında ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.