SON DƏQİQƏ: İraq ordusu ilə peşmərgə arasında müharibə yenidən alovlandı
İraqın Kərkük-Ərbil şəhərləri arasında gərginlik ən pik həddə çatıb.
Publika.az xəbər verir ki, iki şəhər arasındakı yolda İraq ordusu ilə peşmərgə qüvvələri arasında silahlı qarşıdurma yaşanıb.
İraq Kürd Muxtariyyəti qüvvələri Kərkük-Ərbil yolu üzərində torpaq yığınları yaratmaqla səngər düzəldib və yeni mövqelərdə möhkəmlənib. Bu səbəbdən magistral yolun bir tərəfi istifadəyə bağlanıb. Bölgəyə çox sayda zirehli avtomobil və əsgər gətirilib.
Separatçılara İrandan gələn Kürdistan Müstəqillik Partiyası peşmərgələri və könüllülər dəstək verir. Onlar Kərkük yolu üzərində mövqe tutaraq gözləməyə başlayıblar.