AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Davosda Türkiyəni “topa tutdu”: “2015-ci ilin əvvəlində...”

  • + A
  • - A
  • 25-01-2018, 13:12

    Davosda Türkiyəni “topa tutdu”: “2015-ci ilin əvvəlində...”















    Yunanıstanın baş naziri Aleksis Çipras İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumunda Türkiyə əleyhinə gərginliyi artıracaq ifadələr işlədib.

    Publika.az “Hürriyyət”nəşrinə istinadən xəbər verir ki, baş nazir Aralıq dənizi regionunda sabitlik və miqrant böhranı ilə bağlı konfransda çıxışı zamanı Türkiyəni “aqressiv qonşu” adlandırıb.

    Çipras 2015-ci ilin əvvəlində iqtidara gələndə Yunanıstanın yalnız iqtisadi böhran və miqrant problemi ilə deyil, eyni zamanda, “Egeydə təxmin edilməsi mümkün olmayan hərbi həmlələr edən aqressiv bir qonşu” ilə məşğul olmaq məcburiyyətində qaldığını söyləyib.

    “Avropalı partnyorlarımız Türkiyə kimi aqressiv qonşularla yaşamanın çətinliyini hər zaman təqdir etmirlər”, - Yunanıstan hökumətinin başçısı vurğulayıb.

    Çipras 2016-ci ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan miqrant razılaşmasını “çətin, amma vacib” olaraq xarakterizə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR