AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kütləvi etirazlara səbəb olan pensiya islahatı TƏSDİQLƏNDİ

  • + A
  • - A
  • 12-03-2023, 10:20

    Kütləvi etirazlara səbəb olan pensiya islahatı TƏSDİQLƏNDİ


    Fransa Senatı şənbə günü hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.

    AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Elizabet Born bildirib.

    "Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələ. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq", - deyə Baş nazir sosial şəbəkə hesabında yazıb.

    Məlumata əsasən, sənədin lehinə 195, əleyhinə isə 112 senator səs verib.

    Qeyd edək ki, yeni islahata əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi, həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR