Amerikanın iki AH-64 Apache hücum helikopteri Alyaskada təlim uçuşu həyata keçirərkən toqquşub.  Üç pilot ölüb, dördüncüsü xəstəxanaya yerləşdirilib.  Azadmedia.az xəbər verir ki, bu barədə 11-ci Hava Desant Diviziyasının komandiri, general-mayor Brayan Eyfler məlumat verib.  
 Helikopter qəzası Healy kəndi yaxınlığında baş verib.  Hər AH-64 Apache helikopteri iki nəfər daşıyırdı.  Toqquşma nəticəsində iki hərbçi yerindəcə, biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  Bir pilot xilas edilib.  O, Fairbanks xəstəxanasına aparılıb.  Helikopterlər Fort Wainwright-da yerləşən 25-ci Aviasiya Alayının 1-ci Hücum Batalyonuna məxsus idi.
 AH-64 Apache 1980-ci illərin ortalarından bəri ABŞ ordusunun əsas hücum helikopteri olub.  2021-ci ildən etibarən dünyada ən çox yayılmış hücum helikopteri idi.  Onun ekipajı iki nəfərdən ibarətdir
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.