AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyanın oğlunu maşınla vurub YARALADILAR - VİDEO

  • + A
  • - A
  • 17-05-2023, 18:09

    Paşinyanın oğlunu maşınla vurub YARALADILAR - VİDEO

    Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.

    Bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti məlumat yayıb.

    Bildirilir ki, insident bu gün saat 15:00 radələrində qeydə alınıb.

    İlkin məlumata görə, oğurluqda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Lakin Aşot Paşinyan son anda maşından düşə bilib. Nəticədə həmin təşkilatın arxasınca gedən avtomobil vurub. Aşot Paşinyan ayağından yaralanıb. Hadisəni törədən “Oğulların çağırışı” QHT üzvləri hadisə yerindən qaçıblar.

    Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR