AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MİT İstanbulda MOSSAD-a "işləyən" 7 nəfəri tutdu

  • + A
  • - A
  • 3-07-2023, 18:48

    MİT İstanbulda MOSSAD-a "işləyən" 7 nəfəri tutdu


    Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.

    İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-da işlədiyi müəyyən edilən 7 nəfər İstanbulda tutulub. Onlardan 2-sinin türk olduğu bildirilir.

    Qeyd olunur ki, MİT İstanbul Regional İdarəsinin Əks-Kəşfiyyat bölmələri MOSSAD-ın Türkiyədəki kəşfiyyat fəaliyyətlərini aylarca addım-addım təqib edib.

    MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib. Sonra əməliyyat üçün düyməyə basılıb.

    İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi siyasi və hərbi casusluq əməliyyatında tutulan 7 nəfər dindirilərkən MOSSAD-a işlədiklərini etiraf edib.

    MİT-in əldə etdiyi məlumata görə, MOSSAD kəşfiyyat və izləmə qabiliyyətinə malik şəxsləri xüsusi olaraq seçərək xaricdə öyrədib. MİT, həmçinin MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və SİHA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.
    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR