AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin qiyamdan sonra Priqojinlə görüşüb

  • + A
  • - A
  • 10-07-2023, 16:33

    Putin qiyamdan sonra Priqojinlə görüşüb


    Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə təxminən üç saat söhbət edib.

    Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

    “Prezidentin belə bir görüşü olub. O, görüşə 35 nəfər dəvət etmişdi - bütün dəstə komandirləri və şirkət rəhbərliyini, o cümlədən Priqojinin özünü”, - Peskov deyib.

    Mətbuat katibi görüşün təfərrüatlarını açıqlamayıb: “Yalnız onu deyə bilərik ki, Prezident şirkətin xüsusi hərbi əməliyyat çərçivəsində cəbhədəki fəaliyyətinə, həmçinin 24 iyun hadisələrinə qiymət verib”.

    Xatırladaq ki, iyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR