AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Montella yenidən baş katib SEÇİLDİ

  • + A
  • - A
  • 29-06-2024, 17:00

    Montella yenidən baş katib SEÇİLDİ

    Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.

    "Unikal" bu barədə ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

    R.Montellin yeni mandatı 2026-cı il yanvarın 1-də başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

    Baş Katib Assambleyanın işlərinə rəhbərlik etmək, Katibliyin səmərəliliyini təmin etmək və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək, Büronun, Daimi Komitənin və Assambleyanın qərarlarının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşıyır.

    Xatırladaq ki, R.Montella ilk dəfə bu postu 2016-cı ilin yanvarında tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR