Bakı, 4 İyul — Azadmedia.az
Bitki mühafizə və Texniki bitkilər BMTBETİdə dəyişən iqlim şəraitində pambığın becərilməsi və qarşıya çıxan problemlərlə bağlı elmi-praktik seminar baş tutub.
Azadmedia.az xəbər verir ki, 3 iyul 2024- cü il tarixdə baş tutan seminarda BMTB ETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov, Kənd Tədərrüfatı nazirliyinin əməkdaşları, DAİM əməkdaşları, AXA mütəxəssisləri, pambıqçı alimlər, fermerlər, iri pambıq istehsalçıları, iş adamları və media nümayəndələri iştirak ediblər.
Belə ki, elmi-praktik seminar COP29-a dəstək məqsədilə reallaşdırılıb. Həmçinin bu gün ölkədə dəyişən iqlim şəraitində pambıqçılığın vəziyyəti, problemlər və onların həllinə yönəlmiş faydalı məsələlər müzakirə mövzusu olub.
BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov qeyd edib ki, ölkə iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan sektor ağ qızılımız olan pambıqçılıqdır. Bununla belə, pambığın bizim coğrafyada yayılmasının başlıca səbəbi, sözsüz ki, iqlimimizin ona uyğun gəlməsidir, həm də məlumdur ki, böyük ərazilərimiz pambıqçılıq üçün tam ideal şərtlərə malikdir. Bu gün pambıq həyatımızın bütün sahələrində istifadə edilir. Bu mənada pambığı həm də ən dividentli əlavə gəlir qaynağı adlandırmaq olar. Eyni zamanda, bu məhsulu satmaq üçün bazar axtarmağa da ehtiyac yoxdur. Məhz, mərkəzləşdirmiş qlobal pambıq bazarında müştərilər hər an “ağ qızıl” və onun hazır məhsullarını almaq üçün axtarırlar.
Prof. İbrahim Cəfərov onu da vurğulayıb ki, son illərdə Respunlikamızın əksər bölgələrində yaradılmış müasir infrastruktur, aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin qurulması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, toxumçuluğun inkişafına göstərilən diqqət əlbətdə ki, qeyri-neft sektorunun inkişafını daha da canlandırıb. Belə ki, region sakinləri üçün gəlirli sahə olan pambıqçılığın inkişafı və bu sahələrdə məhsuldarlığın artırılması üçün geniş imkanlar yaradılıb.
Qeyd edək ki, ölkədə bu istiqamətdə görülən işlər də onu təsdiqləyir ki, pambıqçılığın əvvəlki şöhrəti qaytarılır və bu sahədə yaranmış durğunluq artıq aradan qaldırılır..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.