SSRİ xalq artisti Alla Puqaçovanın qeydlərində Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlər aşkar olunarsa, o, cinayət məsuliyyətinə cəlb oluna, 5 ilədək həbs cəzası ala bilər.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov bildirib.
“Onun qeydləri Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlərin olması baxımından öyrəniləcək. Məlum olduğu kimi, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məhz bununla məşğuldurlar. Bu, artıq 5 ilə qədər həbslə nəticələnən cinayət maddəsi ola bilər”, - Juravlyov bildirib.
Puqaçova Rusiya qüvvələrinin iyulun 9-da Kiyevə raket hücumuna cavab olaraq yazıb:
“Allah səbirlidir, amma hər şeyin ölçüsü və həddi var”.
O, əlində qanlı uşaq olan qadının əks olunduğu fotonu da yayımlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.