ABŞ prezidenti Cozef Bayden çıxışları zamanı tez-tez səhvlərə yol verdiyini və adları qarışdırdığını etiraf edib.
Ağ Evin rəhbəri baş verənlər neqativ hallara baxmayaraq, seçki yarışından geri çəkilmə ehtimalını istisna edib.
O, iyulun 12-də Miçiqanda keçirilən mitinqdə deyib: “Müzakirələrdən sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Məni sərt tənqid etdilər, çünki bəzən adları qarışdırıram. Mən deyirəm ki, bu Çarlidir, bu da Billdir. Media mənim əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.
Son zamanlar çoxlu spekulyasiyaların olduğunu görmüsünüz. Co Bayden nə edəcək? Yarışda qalacaqmı? O, gedəcəkmi? Cavabım budur: biz seçkidə iştirak edirik və qalib gələcəyik. Mən bunu dəyişdirmək niyyətində deyil. Bir çox insan mənim kampaniyamın dağıldığını deyir. Mən heç yerə getməyəcəyəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.