İtaliyanın antiinhisar orqanı “Armani” lüks malları qrupuna və “Dior” brendinə aid şirkətlərlə bağlı təhqiqat aparır. Buna səbəb müəssisələrin təhlükəsizlik qaydalarını pozmaqda ittiham edilməsidir.
Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın AGCM antiinhisar orqanı “Armani” (“Giorgio Armani S.p.A”. və “G.A.Operations S.p.A.”) qrupunun və “Dior” (“Christian Dior Couture S.A., Christian Dior Italia S.r.l.” və “Manufactures Dior S.r.l.”) qrupunun bəzi şirkətləri ilə bağlı işçilərin ədalətsiz istismarı mövzusunda təhqiqat başladıb. “Bəzi hallarda şirkətlər məhsulları emalatxanalardan satıb, burada işçilərə tam maaş verilməyib, onlar iş vaxtından artıq işləyiblər və işçiləri təhlükəsizlik qaydalarının pozulması ilə işə götürüblər”, -deyə AGCM bildirir.
Təhqiqat şirkətlərin bahalı mallarının istehsalı və satışı zamanı qeyri-qanuni əmək təcrübələrindən istifadə edib-etməmələrini müəyyən edəcək. Qeyd edilən şirkətlərdə əmək şəraiti “Armani” və “Dior” özlərinin reklamda təriflədiyi yüksək istehsalat standartlarına zidd ola bilər. İdarənin fikrincə, bu cür təcrübə İtaliyanın İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanununu pozur.
Mətbuatın məlumatına görə, iyunun ortalarında “Dior” Moda evinin İtaliya bölməsinin podratçısı dəbdəbəli çantaların istehsalının təşkilində əməyin istismarına görə maddə ilə təhqiqata cəlb olunub. Söhbət subpodrat üzrə tikişlə məşğul olan iki şirkətdən gedir. Burada təxminən iki çinli və bir neçə filippinli işləyirdi. Premium çantaların istehsalının dəyəri cəmi 53 avro (pərakəndə satış qiyməti 2,6 min avro) təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.