AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitab nəşr edib

  • + A
  • - A
  • 19-07-2024, 09:10

    QHT “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitab nəşr edib

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsinin icrası davam edir.

    AzadMedia.az xəbər verir ki, layihə rəhbəri Gülsənəm Əmrahova bu barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitab nəşr edilib. Kitabda son 200 il ərzində tarixin müxtəlif dönəmlərində soydaşlarımızın Qərbi Azərbaycan ərazisindən məcbiri şəkildə deportasiya olunmalarının bütün mərhələləri tarixi faktlar əsasında ətraflı şərh edilib. Qərbi Azərbaycan ərazisində yerləşən doğma yurd yerlərimizin hər birinə aid maraqlı məlumatlar layihənin hədəf qrupunun və oxucuların diqqətinə çatdırılıb.

    Həmçinin layihə çərçivəsində Şabran rayonunun Şabran şəhəri, Kilvar, Ağbaş, Xəlfələr, Yeləkəsən və Taxtalar kəndlərində məskunlaşmış 24 ailədə qayıdış prosesinə yönəlik maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Layihənin həyata keçirilməsi qərbi azərbaycandan deportasiya olunmuş soydaşlarımız arasında vətənə qayıdış, torpağa bağlılıq və sahiblənmək ideyalarının aşılanmasına və təbliğinə xidmət göstərir. Kitabla ətraflı tanışlıq və oxumaq üçün aşağındakı linkdən daxil ola bilərsiniz.

    Aşağıdakı linkdən kitabın PDF versiyasını yükləyə bilərsiniz:
    My Webpage


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR