AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran hökuməti Taliban və Əl-Qaidə ilə gizli anlaşma əsasında Əl-Qaidənin Əfqanıstandakı düşərgələrində təlim keçir - KİV

  • + A
  • - A
  • 19-07-2024, 11:02


    İran hökuməti Taliban və Əl-Qaidə ilə gizli anlaşma əsasında Əl-Qaidənin Əfqanıstandakı düşərgələrində təlim keçir -

    İran hökuməti Taliban və Əl-Qaidə ilə gizli anlaşma əsasında Əl-Qaidənin Əfqanıstandakı düşərgələrində təlim keçir və bu təşkilatın bölgədəki terror əməliyyatlarını maliyyələşdirir.
    Azadmedia.az xəbər verir ki, bu barədə Əfqanıstan Birləşmiş Cəbhəsi məlumat yayıb.

    Belə ki, “2021-ci ilin oktyabr ayında SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani, Taliban hərəkatının nümayəndəsi və Əl-Qaidənin lideri Seyf əl-Ədl Tehranda gizli görüş keçirib, Yaxın Şərq və Afrikadakı Əl-Qaidə və SEPAH-a bağlı qrupların bütün qollarının bir-biri ilə əməkdaşlıq etmələri barədə razılığa gəldilər”, - deyə məlumatda bildirilib.

    Həmçinin məlumata görə, bu gizli görüşdə Talibanın Əl-Qaidə döyüşçülərinin Əfqanıstanda yetişdirilməsi üçün lazımi məkan və vasitələrin təmin etməsi, SEPAH-ın isə bu qrupun xərclərini ödəməsi barədə razılıq əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR