AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sui-qəsddən əvvəl drondan istifadə edibmiş

  • + A
  • - A
  • 20-07-2024, 15:50

    Sui-qəsddən əvvəl drondan istifadə edibmiş

    Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan şəxs Pensilvaniyada təşviqat mitinqinin başlamasından bir neçə saat əvvəl ərazidə kəşfiyyat aparmaq üçün havaya dron buraxıb.

    Bu barədə “NBC News” məlumat yayıb.

    Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 20 yaşlı Tomas Metyu Kruksun avtomobilindən dron və dron avadanlıqları aşkar edilib.

    Mənbənin “NBC” nəşrinə verdiyi məlumata görə, pilotsuz uçuş aparatı Kruksa hücumunu planlaşdırmağa kömək edə biləcək yuxarıdan görüntü əldə etməyə imkan verib.

    Lakin hələdə onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

    Xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR