Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-u Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.
Bu barədə türkiyəli teleaparıcı Sena Alkan X sosial şəbəkəsindəki hesabında bildirib.
O, görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını qeyd edib.
Hazırda İrəvan və Ankara bu məlumatı rəsmən təsdiqləməyib.(Aysor.am)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.