HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra təşkilatın yeni rəhbərinin kim olacağı ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.
Azadmedia.az xəbər verir ki, İsrail mediasında ən çox səslənən versiyalar arasında Xalid Maşalın adı çəkilir.
Belə ki, Maşal 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək.
Xalid Maşal 1996-2017-ci illərdə HƏMAS Siyasi bürosuna rəhbərlik edib. HƏMAS daxilində müzakirələr fonunda onun namizədliyi geniş dəstək görüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.