AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

  • + A
  • - A
  • 7-08-2024, 13:44

    Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

    Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “1. Məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra – Şura) yaradılsın:

    Şuranın sədri

    Azərbaycan Respublikasının ədliyyə naziri

    Şuranın üzvləri:

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

    Azərbaycan Respublikası Baş prokurorunun müavini

    Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

    2. Şura:

    2.1. aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

    2.1.1. müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;

    2.1.2. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;

    2.1.3. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

    2.1.4. ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;

    2.1.5. müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

    2.1.6. özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;

    2.1.7. normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini;

    2.2. fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etsin;

    2.3. müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    3.1. Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görsün;

    3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR