ABŞ ordusu Sakit Okean Çəkindirmə Təşəbbüsü çərçivəsində Avstraliyanın Kokos adalarında hərbi bazalar qurmağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, Kokos adaları materik Avstraliyanın qərbində yerləşir və Çin neftinin daşınması üçün Hind okeanındakı tıxanma nöqtəsinə yaxındır.
Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bu yaxınlarda dərc edilmiş hesabatına görə, ada Hind-Sakit okeanda Vaşinqtonun müdafiə mövqeyini yaxşılaşdırmağa kömək edəcək hərbi infrastruktura sahib ola bilər.
Həmçinin bildirilir ki, bu infrastruktur Avstraliyanın şimalındakı RAAF Darvin bazasında yerləşdirilən ABŞ qüvvələrinə birbaşa dəstək verə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.