AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eks deputat hüquqşünas - jurnalistə qarşı

  • + A
  • - A
  • 9-08-2024, 12:34

    Eks deputat hüquqşünas - jurnalistə qarşı

    Eks deputat hüquqşünas-- jurnalistə qarşı

    Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Xebertv. Az xəbər verir ki, Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.

    Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
    92 saylı Göyçay - Ağdaş Dairə seçki komissiyasında 1 sentyabr 2024 cü il Milli Məclis üzrə deputatlığa namizədlər arasında iki nəfər arasında əsas rəqabət başlayıb.
    Bitərəf və müstəqil namizəd arasında qızğın mübarizə gedəcəyini indidən əsaslandırmaq olar.
    Qeyd edək ki, keçmiş deputat və onun 7 ay səlahiyyətli nümayəndəsi arasında gedən soyuq savaş bu seçkidə əyani olaraq gündəmə gəlib.
    Göyçayda sakinlər arasında seçkiqabağı yaranan münasibət bu xəbəri paylaşmanıza səbəb oldu. Seçki dairəsində namizədliyi qeydə alınmışlar arasında əsas rəqiblərin bəlli olduğunu mübarizənin gərgin olacağını analiz etməyə çalışacağıq.

    VI çağırış Milli Məclisin birtərəf deputatı Məzahir Əfəndiyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Onun namizədliyi 92 saylı Göyçay – Ağdaş Seçki Dairəsindən irəli sürülüb.

    Məzahir Əfəndiyev 1976-cı ildə Ağdaş rayonunda anadan olub.

    O, 2020-ci ildə ölkədə keçirilən parlament seçkilərində 89 saylı indiki 92 Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı seçilib. Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Regional məsələlər komitəsinin üzvü olub.


    Eks deputata qarşı rəqib Anar Əlişah oğlu Nağıyev,



    23 noyabr 1978 ci ildə Göyçayda anadan olub.1994 cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1996-cı ilə Odlar Yurdu Universitetinin “Hüquqşünaslıq” ixtisasını bitirib. 2000 ci ildə Hərbi polis qoşun xidmətində hərbi xidmət keçib.2002 ci ilde Dövlət press qəzetinin şöbə müdiri, 2004 cu ildə Abşeron Telekommunikasiya qovşağının, 2005 ci ildə Qanun A MMC nin baş hüquqşünası vəzifəsində çalışıb.

    2006 cı ildə Abşeron rayon sürücülük məktəbinin rəis müavini, 2008 ci ildə “Respublika xəbərləri”, "Dövlət press" qəzetinin baş redaktoru, 2010 cu ildə Xırdalan qəzetinin təsisçisi və baş redaktoru, 2016 cı ildə Abşeron təhsili qəzeti və Abşeron informasiya agentliyi saytının və XırdalanTv yotube kanalının baş redaktoru vəzifəsini icra edib.

    2018 ci ildə Göyçay informasiya agentliyinin, Nartv saytının və yotube kanalının və Göyçay rayon mətbuat xidmətinin rəhbəri olub.2019 cu il Göyçay Gənclər Mərkəzinin direktoru, Parklara xidmət və nəzarət təşkilatının sədri və 2020 ci ildə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Məzahir Əfəndiyevin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. Öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

    Göyçayda işlədiyi müddət 5 dəfə keçmiş Göyçay rayon icra hakimiyyəti başçısı tərəfindən fəxri fərman, təşəkkürnamələrlə təltif olunub.

    A. Nağıyev Ümummilli Lider Heydər Əliyevin 80 illik yubleyi münasibətilə “Rəhbər ömrü”, “Cinayətkarlığa qarşı mübarizə” kitablarının redaktoru və müəllifidir.
    Demiryumruq.Az saytının və yotube kanalının təsisçi, baş redaktorudur. AYB, AJB, MMİŞ üzvüdür.
    Qızıl qələm, Araz, H.B.Zərdabi, Müstəqil jurnalist, Hüquqşünas jurnalist media mükafatçısı A. Nağıyev Uşaq inkişaf, ibtidai hazırlıq kursları və mərkəzlərinin direktor müavini vəzifələrində çalışıb.
    Hazırda işsiz siyasi fəal, müstəqil hüquqşünas və jurnalist kimi fəaliyyət göstərir.
    92 saylı Göyçay - Ağdaş DSK 1 sentyabr 2024 cü il Milli Məclisinin deputatlığa namizədliyini fərdi şəkildə irəli sürüb. 30 iyul 2024 cü il tarixində SDK tərəfindən 1 saylı deputatlığa namizəd vəsiqəsi təqdim olunub.
    "Seçin ki, seçiləsiniz" və "Göyçay naminə irəli" şüarları ilə qarşıdakı seçkilərə qatılır.
    Əziz dairə üzrə seçicilər 1 sentyabr 2024 cü il tarixində Xalqın elçisin özünüz, hüququnuzdan istifadə edərək, hamılıqla seçin.
    Əsas namizədlər Məzahir Əfəndiyev və Anar Nağıyev arasında seçki təbliğatı başlanmasına günlər qalır.
    Sizləri gərgin mübarizədə aktiv olmağa, seçkilərdə iştirak etməyə cağırırıq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR