AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“BakıKart”ın tətbiqi niyə işləmir? - Açıqlama

  • + A
  • - A
  • 9-08-2024, 16:30

    “BakıKart”ın tətbiqi niyə işləmir? - Açıqlama

    Sosial şəbəkələrdə “BakıKart” tətbiqində problemlərin yaranması ilə bağlı məlumat yayılıb. 

    Sərnişinlər texniki nasazlıq səbəbindən bir neçə gündür tətbiqdən istifadə edə bilmədiklərini yazırlar. Onların sözlərinə görə, daha əvvəl də tətbiqdə ödəniş zamanı donmaların olması, izləmə sisteminin işləməməsi halları yaşansa da, hazırda tətbiqin fəaliyyəti tamamilə dayanıb. 

    Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır: “BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR