HƏMAS İsraillə girov razılaşmasının bir hissəsi olaraq FƏTH-in hərbi qanadının lideri Mərvan Barqutinin azad edilməsini tələb edib.
Azadmedia.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Belə ki, ABŞ da Barqutinin azad edilməsinə dəstək verib.
Qeyd edək ki, Barquti 2004-cü ildə İsrail tərəfindən beş israillinin öldürülməsi və çoxlu sayda yaralanması ilə nəticələnən terror aktlarına görə ömürlük həbs cəzasına məhkum edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.