Liviyanın paytaxtı Tripolidə müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.
Azadmedia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usama Əli bildirib.
Belə ki, “Bölgədəki tərəflər – hökumət rəsmiləri ilə Prezident Şurası nümayəndələri hələlik Tripolidəki silahlı qruplar arasında atəşkəs elan edilməsi barədə razılığa gəliblər”, - Usama Əli bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.