Avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçiriləcək “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir.
Bu barədə Rusiya KİV-i Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir.
Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi müəssisələrinin ekspozisiyaları və fərdi stendləri nümayiş etdiriləcək. Bundan əlavə, tədbirdə 120-dən çox xarici şirkətin təmsilçiləri də qatılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.