2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədovun Masallı rayonu Qarğalıq kənd Yaradıcılıq Evində rayonun Qarğalıq, Dəlləkli, Əminli, Xallıcallı, Kürdəbazlı, Qədirli, Şəhriyar kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev Yeni Azərbaycan Partiyasının bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, bu seçkilərdə də aparılan məqsədyönlü siyasət nəticəsində partiyanın böyük fərqlə qələbə qazanmaq əzmində olduğunu diqqətə çatdırıb.
Deputatlığa namizəd Məşhur Məmmədov görüş iştirakçlarına YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
Hazırda regionda söz sahibi olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasını önə çəkən Məşhur Məmmədov vurğulayıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır və fəxr edir ki, suveren ölkədə YAP-ın deputatlığa namizədidir.
Tədbirdə görüş iştirakçılarından Qardaş Fətullayev, Səfalı Paşayev, şəhid atası Teymur Hüseynov, Lənkaran Dövlət Universitetinin tələbəsi Aysun Məmmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, aparılan uğurlu siyasətin davamı olaraq Yeni Azərbaycan Partiyası bu gün dövlətin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Seçicilər 1 sentyabr seçkilərində sabitliyin, güclü dövlətin qarantı olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.