AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda smart dayanacaqlar gecə saatlarında niyə bağlı olur?

  • + A
  • - A
  • 12-08-2024, 18:22

    Bakıda smart dayanacaqlar gecə saatlarında niyə bağlı olur?

    Paytaxt sakini gecə saat 12-dən sonra smart dayanacağın bağlı olmasından şikayət edib.

    Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

    Bildirilib ki, gecə saat 12-dən sonra Azadlıq prospektində AYNA-ya məxsus dayanacaq bağlı olub. Dayanacağa bitişik köşkün satıcısından onun qapısını açmağı istəsə də, satıcıdan rədd cavabı alıb.

    Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacağın gecə saat 12-dən sonra bağlanması faktını təsdiqləyib.

    Qeyd edilib ki, təhlükəsizlik baxımından, eləcə də infrastrukturun və səliqə-səhmanın qorunması məqsədilə smart dayanacaqlar avtobusların fəaliyyəti dayandırıldıqdan sonra bağlanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR