Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb.
Bu barədə Avropa Komissiyasının (AK) məlumatında bildirilib.
Tranşın məbləği 4,2 milyard avro təşkil edir.
Beləliklə, bu ilin əvvəlindən Kiyevə ayrılmış yardımın ümumi məbləği 12 milyard avroya çatıb.
“Report”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.