Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Belə ki, yenidən yerləşdirməyə hazırlıq Finlandiya Prezidenti Aleksandr Stubb tərəfindən təsdiqlənib.
Həmçinin “Bölmələr hazırda Tromsoda yerləşir, lakin bu, Rusiya ilə sərhəddən çox uzaqdır. Buna görə də Norveç hərbçilərini Finlandiyanın Laplandiyasına, yəni mümkün təhlükəyə daha yaxın yerə köçürməyi nəzərdə tutur”, – deyə nəşr mənbələrdən birinə istinadla yazıb.
Bundan əlavə, yerləşdirmə ilə bağlı müzakirələrin oktyabrda Stubbun Norveçə səfəri zamanı aparılacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.