Qəzza zolağında atəşkəsin əldə olunması Yaxın Şərqdə gərginliyin qarşısını almağın yeganə yoludur.
Azadmedia.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
Belə ki, misirli nazir vurğulayıb ki, Qəzzada dərhal və hərtərəfli atəşkəs razılaşması mümkün qədər tez əldə edilməlidir:
Həmçinin “Bunun üçün son dərəcə ciddi yanaşma və danışıqlar aparan tərəflərdən real siyasi iradənin təzahürü tələb olunacaq”.
Qeyd edək ki, Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin Dohada baş tutacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.