Pentaqonun rəhbəri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub. Hərbi idarələrin rəhbərləri Amerikanın Ukraynaya yardımının prioritet istiqamətlərini, eləcə də Ukrayna Silahlı Qüvvələrinin cari əməliyyatlarını müzakirə ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqon rəsmi açıqlama yayıb.
Belə ki, telefon danışığından sonra L.Ostin özünün X səhifəsində paylaşım edib:
“ABŞ Ukraynaya özünü Rusiyanın təcavüzündən müdafiədə kömək etmək öhdəliyinə sadiqdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.