Bakı, 16 avqust — Azadmedia.az
16 avqust, 2024-cü il tarixdə 15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin təbliğat-təşviqat kampaniyası ərəfəsində qazilərlə görüşü baş tutub.
Deputat Qərargahından
Azadmedia.az-a verilən məlumata görə, VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı qazilərlə görüş keçirib. Görüşdə qazilərimizlə bərabər, 15 saylı Yasamal rayon birinci seçki dairəsinin vətəndaşları, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.
Vətən müharibəsi qəhrəmanlarımız, keçirilən görüşdə Ü.Quliyevə qarşıdan gələn Parlament seçkilərində ən xoş arzularını çatdırıblar. Doğma millətinə xidməti həyat amalına çevirmiş dövlətimizin başçısı İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri hər zaman doğrultduğunu xüsusi vurğulayıblar.
Belə ki, görüş zamanı Ü. Quliyev ilk növbədə
başda qazilər olmaqla görüş iştirakçılarına təşəkkürünü bildirib. Daha sonra 2020-2024-cü illər üzrə deputatlıq fəaliyyətindən bəhs edib. Quliyev həmçinin ölkəmizin hər bir guşəsində keçiriləcək seçkilərin, eyni zamanda səsvermə hüququndan istifadənin cəmiyyətimiz üçün əhəmiyyətinə toxunub. Bununla yanaşı qazilərimizin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərlə yaxından tanış olub və daima Yasamal rayonundan olan şəhidlərin ailə üzvlərini və qaziləri diqqət mərkəzində saxlayacağını vurğulayıb.
Qeyd edib ki, görüşlərimiz davam edir və seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi avqustun 31-dək hər gün davam edəcək.