Bakı, 17 avqust — Azadmedia.az
15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki kampaniyası böyük ruh yüksəkliyi ilə davam edir.
Azadmedia.az xəbər verir ki, VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan vətəndaşlarla artıq dəfələrlə görüş keçirib.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, hər bir görüş zamanı
15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan sakinlər Ülvi Quliyevi böyük coşğu ilə qarşılayırlar.
Nəzərinizə çatdıraq ki, bu qısa müddət ərzində Ü.Quliyev və komandası aktiv şəkildə fəaliyyət göstəriblər.
Belə ki, VI Çağrış müddətində seçiciləri ilə sıx ünsiyyət quran Ü.Quliyev Yasamal rayon sakinlərini seçkidə fəal iştiraka dəvət edib, 2020-2024-cü illər üzrə deputatlıq fəaliyyətindən bəhs edib, xüsusilə qazi və şahid ailələrinin evlərini ziyarət edib, onların problemləri ilə daha yaxından maraqlanıb, onların həlli istiqamətində müəyyən tövsüyyələrini verib, rayon sakinləri ilə ümumi görüş keçirib, qazilər ilə ümumi görüş keçirib, gənclər ilə ümumi görüş keçirib, eyni zamanda, dəfələrlə səsvermə hüququndan istifadənin cəmiyyətimiz üçün önəminə toxunub. Yasamal rayonundan olan şəhidlərin ailə üzvlərini və qaziləri hər zaman diqqət mərkəzində saxlayacağını vurğulayıb. Həmçinin sakinlərin bildirdikləri hər bir məsələ üzrə izahatlar verilib və mütəmadi görüşlərin təşkilinə görə seçicilər tərəfindən minnətdarlıq bildirilib.
Qeyd edək ki, bütün bunlarla yanaşı, xüsusilə şəhid ailələri və qazilərdən mənəvi cəhətdən böyük dəstək görüb.
Ülvi Quliyev seçiciləri sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar Parlament seçkilərində iştiraka dəvət edərək layiqli namizədə səs verməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.